Nə qədər qəribə səslənsədə belə fərqlər var. Dünyanın müxtəlif ölkələrinin qabaqcıl Tibbi Mərkəzlərində bu mövzuda çoxsaylı tədqiqatlar aparılmışdır və bu fərqlər həm ürəyin anatomiyasında həm də yarana biləcək xəstəliklərdə özünü göstərməkdədir. Bəs bu fərqlər hansılardır?
- Ürək və damarların ölçüsü-Hər kəsin ürəyi anatomik və quruluşca eyni olsa da ,qadınlarda fərqli olaraq onun və kameralarının ölçüləri daha kiçik, damarları daha nazik olur.
- Hormonlar – Əsasəndə qadınlarda baş verən hormonal pozğunluqlar (Postmenopausa yəni Klimaks zamanı) qanda Esterogenlərin və Testesteronun miqdarında baş verən dəyişiklər yüksək qan təzyiqinin, şəkərli diabet və ürək damar xəstəliklərinin artmasına səbəb olur.

- Risk faktorlar – Qadınlarda və kişilərdə ciddi fərlənməkdədir. Kişilərin əsas risk faktorları – siqaret,alkoqol ,stress və pozulmuş qidalanma sayılsada qadınlarda bu erkən yaranmış arterial hipertoniya və şəkərli diabet, artıq çəki və hipodinamiya sayılır.
- Xəstəliyin yaşı-Qadınlarda Ürək-damar xəstəlikləri kişilərə nisbətən 7-10 il daha gec yaşlarda üzə çıxır.Bu səbəbdən gündəlik həyatda kişilərin daha cavan yaşlarda miokard infarkt olmasını eşidirik.
- Ürək Ritm pozğunluqları– qadınlarda göstərdiyimiz hormonal çatışmazlıq və kiçik arterial zədələnməsi nəticəsində müxtəlif Taxikardiya və Səyirici Aritmiya kimi ritm pozğunluqlarının daha sıx rast gəlinməsi görülür.
- Simptomlar– Ürək damar hadisələrinin kəskinləşməsi-Kişilərdə döş sümüyü arxası ağrı və digər simptomların daha kəskin özünü biruzə verməsi ilə olursa, qadınlarda daha çox kəskin ürəkdöyünmə, ürəkbulanma,qusma,soyuq tər, yüksək qan təzyiqi kimi simptomlarla önə çıxır.
3 Comments