Tərkibində Kaliumun miqdarı çoxluq təşkil edən qidaların qəbulu Yüksək Arterial təzyiqin enməsinə səbəb olur. Arterial Hipertoniyası olan xəstələrə hansı qidaları məsləhət görmək olar? Bu haqda bir qədər geniş məlumat verək.
Uzun illərdir ki, Yüksək qan təzyiqinin müalicəsi zaman dərman qəbulu ilə yanaşı qida rasionun uyğunlaşdırılması və xüsusi pəhrizlərin saxlanmasıda tətbiq olunmaqdadır. Belə ki, bədən çəkisinin azaldılması ilə yanaşı mütəmadi fiziki aktivlik və Xörək duzunun azaldılması bu tədbirlər sırasındandır. Bundan başqa 2023-cü ildən bəri müxtəlif Avropa və Amerika Hipertoniya cəmiyyətləri tərəfindən bütün bu dediklərimizlə yanaşı Kalium qəbulunun artırılması da məsləhət görülür. Hələ bir neçə il öncə Avropa və Çin həkimləri tərəfindən 1764 Arterial Yüksək Təzyiq xəstəsi üzərində aparılmış İNTERSALT və PURE tədqiqatları göstərmişdi ki, Kalium miqdarı qəbulunun 1 g artırılması arterial təzyiqin bir neçə mm.c.süt aşağı enməsinə səbəb olur. Dünya Səhiyyə Təşkilatı artıq uzun illərdir ki, gündəlik Kalium qəbulunun > 3,5 g olmasını məsləhət görür.
Natrium və Kalium hüceyrədaxili və hüceyrə xarici proseslərində iştirak edərək orqanizmdə Su-Duz mübadiləsində iştirak edir. Bu proseslər qan təzyiqinin tənzimlənməsində əsas faktorlardan sayılır.
Bəs Kaliumla zəngin Qidalar hansılardır? Gündəlik həyatımızda bunlara çox rast gəlirik. Banan, Kök və Qırmızı bibər Kaliumla ən zəngin qida maddələridir. Digər zəngin qidalarla aşağıdakı cədvəldə tanış ola bilərsiz.
Porsiyanın ölçüsü | Qida | Kaliumun |
miqdarı (qram) | ||
2 Dilim ( 100 qram) | Qara çörək | 291 |
1 ədəd (150 qram) | Banan | 551 |
200 gram | Kartof | 680 |
2 ədəd(200 qram) | Kök | 710 |
2 ədəd(100 qram) | Pomidor | 235 |
150 qram | Qızılbalıq | 594 |
200 qram | qırmızı Kələm | 686 |
200 qram | Brokkoli | 424 |
200 qram | Qırmızı Bibər | 520 |
1 ədəd (225 qram) | Avakado | 1238 |
150 qram | Forel | 581 |
200 qram | Şampinyon Göbələk | 676 |
200 qram | Süd(1.5 % yağlı) | 310 |

Kalium bundan başqa Ürək damar sistemi xəstəliklərin tənzimlənməsində, Aritmiyaların (Ürək Ritm pozğunluqları) aradan qaldırılmasında , Ürək çatışmazlığı fəsadlarının bərpa olunmasında , sinir sisteminin möhkəmlənməsində, Şəkərli Diabet xəstələrində şəkərin normallaşdırılmasında çox böyük rolu var. Qanda Kaliumun miqdarının aşağı göstəricilərinin nəticəsi kimi arterial təzyiq yüksəlməsindən başqa əlamətləri də olur. Bunlara əzələ zəifləməsi və qıcolmalar, ümumi fiziki yorğunluq, diqqət zəifliyi, yuxululuq, ürək ritm pozğunluğu(aritmiya) ,sidik ləngiməsi, qəbizlik və aşağı ətraf şişkinliyi aid ola bilir. Qeyd etdiyimiz hallar həm müxtəlif xəstəliklərin nəticəsi kimi ( böyrək və böyrəküstü vəzi anadangəlmə və qazanılma xəstəlikləri, mədə-bağırsaq və hormonal xəstəlikləri) həm də bir sıra dərman və toksinlərin qəbulu zamanı ( sidikqovucu dərmanlar, hormonal dərmanlar, Aminoqlikozidlər, bəzi çin bitkiləri, biyan kökü və Toluol ) nəticəsi kimi ola bilər.
Lakin Kalium preparatlarının və bununla zəngin qidaların qəbulu zamanı diqqətli olmaq lazımdır. Çünki qanda miqdarın çox yüksəlməsi də bir çox fəsadlara səbəb ola bilər. Belə ki, bu zaman ilk olaraq ürəkdöyünmələrinin sayının aşağı olması (bradikardiya) və aritmiyaların meydana çıxması yaranır. Yanaşı olaraq qan təzyiqinin yüksək olması, bədən əzələlərinin hərəki zəifləməsi, sinir sistemində yaranan pozğunluqlar kimi əlamətlər bu problemi dərinləşdirir.
Bütün bu çatışmazlıqları müəyyən etmək üçün sadə bir neçə müayinə ( Qanda Kaliumun təyini, EKG müayinə və digər) kifayət edir ki, Siz yaranacaq problemi vaxtında aşkar edəsiniz. Bunları ən yaxında olan həkimlə müzakirə etməyiniz kifayət edər.