İş günü sonunda, axşama doğru bəzən corablarımızın iz qoyması və ya ayaqqabımızın ayağımızı sıxdığı kimi hallarla tez tez qarşılaşırıq. Çox zaman belə şikayətlər müvəqqəti və qısa müddət davam etdiyindən əksəriyyətmiz bunu ciddiyə almırıq. Çünki bu ya corablarımız dar olması və ya uzun müddət ayaqüstə durmaqla bağlı olur və qısa müddət istirahətdən sonra şikayətlərimiz tam aradan qalxır.
Lakin ayaqlarımızda olan şişkinlik daha uzun müddət qalıcı ola bilər. Bəzən isə baldır və topuq nahiyyəsində barmağımızla basdıqda izi qalır.Aşağı ətraflarımızda yaranan şişkinlik tibb dilində Periferik ödem adlanır. Ödem qanın tərkibində olan mayenin (əsasən suyun) müxtəlif səbəblərdən damar divarlarını keçərək toxumalara keçməsi və təkrar geriyə -limfatik sistemə sorulmaması səbəbindən yaranan prosesdir. Sağlam insanlarda bu hal daha qısa müddət davam edir və heç bir gələcək fəsad yaratmır. Yuxarıda qeyd etdiyimiz kimi sağlam insanlarda Ödem uzun müddət ayaq üstə durmaq və ya oturaq vəziyyət (avtomobildə və ya təyyarədə) , normadan artıq qəbul edilmiş maye (çay ,su, pivə), duzlu qidaların çox qəbulu və s hallarda yaranır və qısa müddət ayaqlarımızı hərəkət etdirdiyimiz zamanı və bədən səthindən hündür vəziyyətdə saxladığımız zamanı aradan qalxır. Lakin bəzi xəstəlik halları zamanı yaranan topuq və baldır ödemləri daha uzun müddətə qalıcı olur və çox zaman uyğun müalicə tələb edir. Şişkinliyin normal hal olub olmamasını necə bilək? Aşağıda göstərdiyimiz hallarda Siz bu ödemləri daha ciddi diqqətə almalısız!
- Şişkinliyin tez-tez və daha uzun müddətə yaranarsa (hər gün və ya həftədə ən azı 3-4 dəfə)
- Şişkinliklə yanaşı aşağı ətraflarda ağrı,hissiyyat pozğunluğu,ağırlıq və dartılma hissiyatı yarandığı zaman
- Aşağı ətrafların rəngi dəyişdiyi zaman
- Ödemlə yanaşı ayaqlarda müxtəlif piqmentasiya və damar şəkili , quruluq,qabıqlanma və bəzən çatlar əmələ gələrsə
- Ayaqlarda qıcolma və digər sinir pozğunluqları (neyropatiyalar) yaranarsa
Göstərilən əlamətlər olduğu zaman mütləq Həkimə müraciət etməyiniz tövsiyyə olunur. Bir neçə sadə müayinələrin vaxtında olunması diaqnozun tam dəqiqləşdirilməsinə gətirir. Periferik ödemlər müxtəlif xəstəliklərin bir əlaməti kimi yaranır. Həkimə müraciət etdiyiniz zamanı bu xəstəliklər hər biri inkar olunlamlıdır.

- Ürək xəstəlikləri – ürək damar və qapaq xəstəlikləri nəticəsində yaranmış ürək çatmazlığı ən çox aşağı ətraf ödemlərinə səbəblərdin biri kimi qiymətləndirilir. Belə ödemlər adətən hər iki tərəfdə eyni və daha uzun müddətli davam etməklə yanaşı əllə basdıqda daha sərt olur və ayaqların dəri rəngi maviyə çalır. Bu səbəbdən EKG və EXOKG müayinələr olunmaqla ödemlərin ürək səbəbli olmağını inkar etmək mümkündür.
- Böyrək xəstəlikləri– zamanı qanın atıq su hissəsinin müxtəlif səbəblərdən bədəndən çıxarılması ləngiyir və nəticədə artıq maye aşağı ətraflarda toplanmağa başlayır. Ödemlər daha çox səhər saatlarında olur və dəri sarımtıl rəng ala bilir. Böyrəklərin Ultrasəs müayinəsi, qanda və sidikdə bir sıra parametrlərin yoxlanması diaqnoz qoymağa kömək edir.
- Hamiləlik zamanı – II ci yarısı zamanı daban və pəncənin ödemli olması bir çox qadınlarda rast gəlinir. Bu hal həm qanda baş verən hormonal dəyişikliklər həmdə uşaqlığın böyüməsi nəticəsində aşağı ətraflarda qanın hidrostatik təzyiqinin artması hesabına baş verir və sadəcə aşağı ətrafları yuxarı vəziyyətdə saxlamaqla aradan qaldırılır. Lakin patoloji hamiləlik zamanı yanaşı yüksək qan təzyiqinin olması və böyrəklərdə yaranan xəstəlik halları zamanı isə bu şişkinlik uzun müddət qalıcı olur və daha ciddi müayinə və müalicə tələb edir.
- Yüksək Təzyiq-Hipertoniya xəstəliyi müalicə olunmadıqda hər iki aşağı ətrafda simmetrik şişkinliyə səbəb olur. Bəzən isə bu xəstəliyi müalicə etdiyimiz dərmanlar (Amlodipin,Nifedipin) ayaq şişkinliyinə gətirə bilər.
- Aşağı ətraf venalarının genişlənməsi – Varikoz venaların genişlənməsi sayılır.Həmin şəxslərin baldır və topuq nahiyyəsində çox vaxt damar genişlənməsi adi gözlə də görünür .Xəstələr ayaqların daha şişkin və ağır olması ilə yanaşı qıcolmalardan da şikayyət edirlər. Aşağı ətraf damarlarının Dopler Ultrasəs müayinəsi zamanı hər şey aydın olur.
- Oynaq xəstəlikləri və müxtəlif Travmotolji hallar- zamanı ödemlər əsasən diz və topuq oynağı nahiyyəsində və əsasəndə zaələnmiş tərəfdə görünür. Şişkinliklə yanaşı oynağın hərəkətinin pozulması, qızartı, temperaturun həmin nahiyyədə artması və oynağın hərəkəti zamanı olan ağrı kimi simptomlarda qeyd olunur.
- Müxtəlif xəstəliklər – Endokrin xəstəlikləri (Qalxanabənzər vəzi xəstəlikləri-Hipotireoz, Miksedema,Metobolik pozulmalar-Piylənmə və adipoz ,Qadınlarda postmenopauza zamanı yaranan hormon dəyişikliklər) , Qaraciyər xəstəlikləri ( Assitlə müşahidə olunan Sirroz,Xroniki qaraciyər çatışmazlığı və Hepatitlər) ,
- Kəskin Dieta saxlayan insanlarda Aclıq zamanı yaranan Hiponatriemiya və Hipoproteinemiya nəticəsində ,Limfa sistemi xəstəlilərində və Neyrogen xəstəliklər ( Parxon xəstəliyi,Hipotalamus xəstəlikləri və Mej Trofödeması kimi nadir rast gəlinən xəstəliklər )