Yüksək Qan Təzyiqinin Dərmansız  idarə olunmasının 10 yolu

https://www.instagram.com/reel/DGVV6saNIfR/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==

Yüksək qan təzyiqi olan şəxslər hər dəfə dərman qəbul etməlidirmi?
Xeyr – əsasən də bu cür Hipertenziya ümumi yorğunluq,stress, iş gərginliyi və s qeyri orqanik xəstəliklər fonunda yaranarsa. Sizə qan təzyiqinin dərmansız  normaya salınmasının  10 Yolunu göstərim.

  1. Artıq çəkidən azad olun –  Qan təzyiqinin bədən çəkisi ilə bir başa əlaqəli olması artıq çoxdan məlumdur. Aparılmış tədqiqatlar göstərib ki, bədən çəkisinin hər 1 kg endirilməsi qan təziyinində 1 mmHg enməsinə səbəb olur. Bundan başqa bel çevrəsinin ölçüsüdə çox vacib parametr sayılır. Belə ki, kişilərdə bu ölçü 102 sm, qadınlarda isə 89 sm yuxarı olması Yüksək qan təzyiqi riskinə işarədir.
  2. Mütəmadi fiziki aktivlik–  qan təzyiqinin ən azı 5-8 mmhg aşağı enməsinə səbəb olur. Fiziki aktivlik dedikdə həftədə ən azı 2-3 dəfə 30-40 dəq müddətdə olmaqla yüngül atletik idmanlar(gəzinti, yüngül qaçış,velosiped sürmək,üzmək, rəqs etmək) nəzərdə tutulur.
  3. Sağlam Qidalar yeyin– gündəlik qida rasionuzda daha çox meyvə tərəvəz və az yağlı qidalar olsun.Aralıq dənizi dietası və qəbul edilən qidaların kaliumla bol olması qan təzyiqinin 11 mmHg qədər enməsinə gətirir.
  4. Xörək duzu   qəbulunu azaldın– qidalarınız az duzlu olması( gündəlik Na qəbulunun 1500 mg və daha aşağı olması) qan təzyiqinin 5-6 mmHg aşağı endirir. Bunun üçün qəbul etdiyiniz hər qidanın tərkibində Na və ya xörək duzunun miqdarına nəzarət edin və  qəbul etdiyiniz yeməklərin və salatları duzsuz yeyin.

5. Alkoqol azaldın–  Gündəlik qəbulun azaldılması qan təzyiqinin ən azı 4-5 mmHg enməsinə səbəb olur. Artıq qəbul edilmiş içki damarlarda uzunmüddətli daralmaya,qanın laxtalanmasına və ürək ritminin pozulmasına gətirirki bu da Yüksək qan təzyiqilə birbaşa əlaqəli olur.

6. Tütün istifadəsi dayandırın– bu həm qan təzyiqinin enməsinə həm də gələcəkdə ürək və beyin-damar xəstəliklərinin ,Xroniki ağciyər xəstəliyi kimi halların yaranmasını azaldır.

7. Gecə yuxunuzu tənzimləyin– hər gecə yuxusu 7-9 saat olması yetkin şəxslər üçün normal sayılır. Yuxusuzluq qan təzyiqinin yüksəlməsinin əsas faktorlarından sayılır. Bunun qarşısını almaq üçün çalışın hər gün eyni vaxtlar yatın,yataq otağınızın havası optimal(21-22 C),qaranlıq,sakit, əlavə elektronik vasitələr olmayan (TV,Mobil telefon və kompyuter) bir məkan olsun.

8. Stressdən uzaq olun– uzun müddətli və çətin müalicəyə tabe olan Arterial Hipertenziyaların əsas səbəblərindən sayılır.Bunları yaradan səbəblərdən mümkün qədər uzaq qaçın.Gündəlik hobbi və aktivitələrə daha çox vaxt ayırın.

9. Qanda Xolesterol və Şəkərin miqdarını kontrolda saxlayın– bunun üçün ildə 1 dəfə qan təhlilləri görməyinizi Sizin gələcək risklərinizin qarşısını almağa daha çox kömək edər. Yüksək Şəkər və Xolesterol yüksək  qan təzyiqinin dayanıqlı olmasına zəmin yaradır.

10.Qan təzyiqinizi özünüz ölçün– evinizdə və ya iş yerində təzyiqi ölçmək üçün Cihaz olsun. Narahat olduğunuz vaxtlar günün müxtəlif vaxtlarında təzyiqi ölçməklə öz həkimizi düzgün məlumatlandıra bilərsiz .

    1 Comment

    • Runway API, 10 March 2025 @ 04:24 Reply

      I love the emphasis on diet and exercise here. The connection between sodium intake and blood pressure is so important! I wonder, though, if stress levels could play a role too—has anyone seen a noticeable impact from managing stress alongside these changes?

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    en_USEnglish