Qanda olan hormonların ürək xəstəlikləri ilə əlaqəsi

Orqanizmin funksiyaların tənzilmlənməsində hormonların rolunu yəqin ki, eşitmisiz. Müxtəlif yaşlarda müxtəlif orqanların funksiyası daima Hormonların nəzarəti altında olur və onların qanda miqdarının dəyişməsi müxtəlif dəyişikliklərə səbəb olur. Lakin bugün məqsəd onların ürək funksiyasına necə təsir etməsini aydınlaşdırmaqdır. Bu qadınlarda və kişilərdə istehsal olunan hormonlara görə müxtəlif olur.


Qadınlarda bu ilk növbədə əsas hormon sayılan Esterogenlər miqdarında əks olunur.Belə ki, onlar damarları qoruyur,aretriyaların elastikliyini artırır,ateroskleroz yaranmasını əngəlləyir ki, bu da xolesterin yastıqcıqlarının formalaşmasının qarşısını alır. Bundan başqa digər əhəmiyyətli hormon olan  Progesteronda təsiri əhəmiyyətli sayılır. Hormon damar divarının normal tonusda qalmasına kömək edərək ödemlərin yaranmasını qarşısını alır. Qadın orqanlarında yaranmış müxtəlif  xəstəliklər ( endometrioz və yumurtalıqların polikistozu kimi ginekoloji problemlər) və Menopauza(klimaks) sonra yaranmış hormonal disfunksiya növbəti illərdə  yüksək qan təzyiqi, şəkərli diabet və ürək işemik xəstəliyinin inkişafına səbəb olur. Xroniki stresin yaranması isə bəzi qadınlarda “Sınmış Ürək” kimi tanınan kardiomiopatiya yaranmasına gətirə bilər.

Kişilərdə isə əsas hormon Testesteron sayılır. Bu hormonun əsas təsiri Əzələ kütləsinin inkişafını tənzimləməkdir. Ürək də əzələ sayıldığından bu özünü daha qabarıq göstərir. Bundan başqa testesteron  qanda olan “Pis xolesterinin”  yəni aşağı sıxlıqlı xolesterinin qanda yüksəlməsinin qarşısını almaqla gələcəkdə damar divarında xolesterin yığılmasını nəzərəçarpan dərəcə aşağı salır.

Bunlardan başqa müxtəlif stress hallarında və reaktiv proseslər zamanı qanda kortizol və adrenalinin miqdarının artması  ürək döyüntülərinin sayının artması,arterial təzyiqin yüksəlməsi, müxtəlif ritm pozulmalarının yaranması ola bilər ki, nəticədə yeni ürək xəstəliklərinin inkişafına səbəb olur.

Hormonlarınızın miqdarını tənzimləməklə Öz ürəyinizidə qorumuş olursuz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

azAzərbaycan dili