Alkoqolun oranizmə olan mənfi təsirləri haqqında hər birimiz eşitmişik. Lakin bu gün onun ürəyə olan ziyanlı təsiri haqqinda danışaq. Bəzi tədqiqatlar az miqdarda alkoqolun oranizmə ziyanlı olmaması haqqında qeyd etsə də, lakin bu tam elmi təsdiq olunmayıb. Bundan başqa Alokoqol qəbul edən şəxslərin, çox zaman bu təyin olunmuş az miqdarı aşmasını nəzərə alsaq zərərlər daha aydın olacaq.

Zərərli təsir həm damarlar həmdə ürəyin əzələsində baş verir. Belə ki kiçik və orta ölçülü damarlar ilk əvvəl genişlənir və arterial təzyiq aşağı enir ki, bu da özününyaxşı hiss etmə illuziyası yaradır. Lakin bir neçə saat sonar orqanizmdə kompensator olaraq damarların daralması və təzyiqin yüksəlməsi baş verir ki, bu artıq 1 sutkaya qədər davam edir. Alkoqolun təsiri bununla bitmir. Etanolun təsirindən kardiositlərin istehsalı azalır ki, bu da ürək əzələsində enerji çatmazlığı yaradır. Ürək əzələsi zədələnir, funksiyası zəifləyir, zəncirvari olaraq ürək çatmazlığı və müxtəlif ritm pozğunluqlarının yaranması başlayır. Damarlar təsir nəticəsində yüksək qan təzyiq-arterial hipertoniya, ürəyə təsir isə stenokardiya,miokard infarktı,ürək çatmazlığı,kardiomiopatiya, taxikardiya və müxtəlif ritm pozğunluğu kimi xəstəliklərin inkişafı başlayır. Davamlı qəbul edilən alkoqol isə bu xəstəliklərin dərinləşməsinə və geridönməz dəyişikliklərə gətirir. Orqanizmə tək Etanol zərər vermir. Alokoqollu içkilərin tərkibində olan müxtəlif qatqılar və efir yağları əlavə zədələnmələrə gətirir. Bu təsirlər əsasən də kustar üsulla hazırlanmış alkoqollu içkilər, viski, pivə və digərlərində daha qabarıq özünü göstərir.
Ən yaxşısı alkoqoldan mümükün qədər uzaq durun.