XİDMƏTLƏRİMİZ

Want create site? Find Free WordPress Themes and plugins.

               Koronar angioqrafiya

Koronar angioqrafiya (angio) qan damarlarının rentgenoloji müayinəsidir.
Bu müayinə xəstənin damarlarının anatomiyasını, damar mənfəzində olan daralma və tutulmaları, damar genişlənmələrini-anevrizmaları müəyyən etməyə imkan verir. Nəticədə xəstəyə optimal müalicə təyin olunur ki, bu müalicədən xəstənin tək sağlamlığı deyil, hətta həyatı asılı olur.

Koronar angioqrafiya hansı hallarda göstərişdir:
Bu müayinə tibbi göstəriş əsasında yalnız invaziv kardioloq tərəfindən aparılır. Xəstənin istəyi ilə bu müayinə oluna bilməz.
Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və qan analizi verməlidir. Bu müayinə üçün bəzi əks-göstərişlər də mövcuddur – kəskin iltihabi və infeksion xəstəliklər, ağır böyrək xəstəlikləri, müayinə zamanı istifadə oluna maddələrə (yod tərkibli maddələr) kəskin allergik reaksiyaların olması və s.
Ürək damarlarının angioqrafiyası zamanı xəstənin bilək və ya bud nahiyəsinə xüsusi kateter yeridilir. Müayinə yerli ağrısızlaşdırma ilə keçirilir ki, xəstə demək olar heç bir ağrı və narahatçılıq hiss etmir.
Daha sonra kateterlə rentgenkontrast maddə (adətən yod tərkibli maddə) verilir. Maddə insan orqanizmi üçün zərərsizdir.
Kontrast maddə damarlarda axdıqca cihaz böyük sürətlə rentgen şəkilləri çəkir və nəticədə monitorda damarların dəqiq “surəti” əmələ gəlir. Bu şəkilləri analiz etdikdə həkim damarlarda olan trombları, aterosklerozu, bigər pozulma və patologiyaları aşkar edir.
Eyni prosedurla həmçinin ürəyin anadangəlmə və qazanılma qüsurlarının, orqanizmdə olan bütün damarların bir çox patologiyalarının diaqnoztikasını həyata keçirmək mümkündür.
Müayinə qurtardıqdan sonra kateter damardan çıxarılır.
Müayinədən sonra xəstə adətən bir neçə saat klinikada həkimlərin nəzarətındə qalır.
Bunu da bilmək vacibdir ki, koronar angioqrafiya bir müayinə metodudur və bunun xəstəyə heç bir müalicəvi təsiri yoxdur.
Bu müayinə əsasında xəstəyə dərman müalicəsi, angioplastika-stentləmə və cərrahi müalicə təyin edilə bilər.

Periferik angioqrafiya

Aşağı ətrafların damarlarına problemləri olan xəstələrə tətbiq olunan müayinə metodudur..Damar problemlərinin aşkarlanması üçün KT-angioqrafiya, periferik angioqrafiya müayinələri olunur.Damarda problem aşkar olunduqda stent taxılması, kiçik diametrli damarların ballon angioplastikası kimi müalicə metodları yerli keyitmə və cərrahi kəsiksiz millimetrik dəlikdən girilərək 30-90 dəqiqə ərzində aparılır və bir gün sonra, pasient həkim göstərişinə əsasən evə buraxılır.

 

 Angioplastika və stent imlantasiyası
Angioplastika və stent implantasiyası- angioqrafiya zamanı hər hansı bir damarda daralma və ya tam tutulma aşkar edilərsə, həmin nahiyyənin balonla genişləndirilməsi və həmin nahiyyəyə stent taxılması nəzərdə tutulur.
Balon angioplastika və stent implantasiyası orqanizmin bütün damarlarında oluna bilər. Kəskin miokard infarktında həyat qurtarıcı rol oynayır, beləki, kəskin miokard infarktı ürəyin tac damarının tam tutulması nəticəsində baş verdiyi üçün, prosesin ilk saatlarında tam tutulan damara stent implantasiyası infarktın qarşısını almaqla baş verə biləcək ağırlaşmaların ehtimalını azaldır.
Stent implantasiyası da koronar angioqrafiya kimi xəstənin ya bilək damarından və yaxudda qasıq damarından aparılır. Prosedurdan sonra xəstə ən azı bir gecə xəstəxanada həkim nəzarətində qalır. Xəstə qəbul edəcəyi dərmanlarla və həyat tərzi ilə təlimatlandırılaraq evə yola salınır.

Did you find apk for android? You can find new Free Android Games and apps.