XİDMƏTLƏRİMİZ

Want create site? Find Free WordPress Themes and plugins.

Açıq ürək əməliyyatı nədir?

Açıq ürək əməliyyatı ümumi anesteziya (narkoz) altında edilən əməliyyatdır. Ürək əməliyyatları döş qəfəsinin müxtəlif hissələrində kəsiklər aparmaqla həyata keçirilir, əksər hallarda döş sümüyündə orta xətt üzrə kəsik aparmaqla icra olunur. Ürək kisəsi (perikard) açıldıqdan sonra ürəkdən çıxan və ürəyə gələn damarlar müəyyən olunur. Əməliyyat müddətində ürək və ağciyər fəaliyyəti dayandırıldığı üçün bu damarlar suni qan dövranı aparatına qoşulmaqla digər orqanların qan təchizatı davam etdirilir.  Ürəyin tam dayanması lazım olan hallarda ürəyi durduran dərmanlar qanla birlikdə koronar arteriyalardan (ürəyi qidalandıran damarlardan) verilərək həyata keçirilir. Əməliyyat boyunca bu qan ilə ürəyin qidalanması həyata keçirilir.  Ürəkdə edilən əməliyyat başa çatdıqdan sonra ürəyə dərmansız qan verilir və ürək fəaliyyətə başlıyır. Əməliyyat gedişində xəstənin orqan və toxumalarının oksigenə olan təlabatını azaltmaq üçün bədən temperaturu azaldılaraq orqanizm bəlli dərəcədə soyudulur. Ürək təkrar fəaliyyətə başladıqda orqanizm təkrar normal hərarətə gətirilir. Əməliyyat başa çatdıqdan sonra döş sümüyü xüsusi tellərlə tikilərək sabitlənir. Döş sümüyünün sağalmasında problem yaranmır.

Koronar arteriya xəstəliyi nədir?
Yəni başlanğıcda xəstə olan ürəyimiz deyil ürəyimizin işləməsi üçün qan gətirən damarlarımızdır. Damarlarımızda olan bu xəstəlik doğulduğumuz andan başlanan bir prosesdir. İrsi xüsüsiyətlərimiz və digər amillərin təsirlər ilə damarlarimizin divarlarinda toplanan xolesterin və digər metobolik artıqlar damar divarında toplanaraq damar mənfəzinin daralmasına səbəb olur. Xəstəliyin başlanğıcında və inkişaf sürəsində uzun bir zaman ərzində heç bir narahatlıq yaratmadan səssiz şəkildə davam etdiyi halda, qan axını yetərsiz hala gəliyində özünü biruzə verməyə başlıyır. Başlanğıcda sakit halda hər hansı bir narahatlıq yaratmasa da ürəyin daha çox işləməsi lazım olan hallarda (yerimə, qaçma, yemək yeyərkən və .s)  ürəyə yetərincə qan gəlmədiyindən sinədə göynəmə və digər xarakterli ağrılarla  özünü göstərir.  Dincəlmə zamanı isə ürəyin qan ehtiyacı azaldığı üçün ağrılar keçir. Bu hal illər ərzində davam edə bilər, lakin bəzi xəstələrmizdə damardakı daralmalar daha da artarak ciddi şəkil alır ki, bu da artıq sakit vəziyyətdə belə ürəyin qan ehtiyacının təmin olmaması ilə əlaqədar ağrı hissiyatı şəkilində özünü göstərər. Sözü gedən bu hallar stenokardiya adlanır. Miokard infarktı isə damar divarında plakların dağılması nəticəsində, bu bölgədə qan damarı içərisində yaranan qan laxtası ilə tam tutulması ilə əlaqədar, ürəyin hər hansı bir hissəsinə tam olaraq qan getməməsi səbəbindən yaranmış geridönməz bir prosesdir. Miokard infarktında sonra ürək çatışmazlığı, ürək divarının cırılması, ürək qapaqlarının çatışmazlığı, ürəy ritminin müxtəlif pozulmaları və hətta qəfləti ölüm kimi bir çox ağırlaşmalar yarana bilər.
Koronar şuntlama əməliyyatı nədir?
Koronar şuntlama ən çox edilən açıq ürək əməliyyatıdır. Döş sümüyü kəsilərək ürəyə yol açılır. Tutulan və ya daralan damarlara görə döş qəfəsində  yerləşən arteriyalar və aşağı ətraflardan götürülən venoz damarlar əməliyyat üçün hazırlanır. Bəzi hallarda yuxarı ətraflardakı arteriyalardan istifadə olunur. Ürəyiniz əməliyyatın gedişində süni qan dövranı aparatına qoşulur, bu vaxt ərzində ürək əzələsinin qorunmasını saxlayan  və ürəyin dayanmasına səbəb olan dərmanlar qanla birlikdə verilərək qidalanması saxlanılır. Bu əməliyyatlar zamanı ürək döş qəfəsində yerləşdiyi yerdən çıxarılmadan icra olunur.  Ürəyin dayandığı vaxtda dərmanlar şuntlar vasitəsilə də verilir. Şuntların bir ucu aorta damarına tikilir və ürəyə qan getməsini təmin edir.  Şuntlar tikildikdən sonra ürəyi durduran dərmanların verilməsi dayandırılır, ürək yenidən çalışmağa başlayır və süni qan dövranından ayrılır. Ürəyin normal işləməsi və ürəyin hər tərəfinin qanla qidalandığını gördükdən sonra döş sümüyü bağlanaraq əməliyyat başa çatır.

Koronar şuntlama əməliyyatına necə qərar verilir?
Ürəklə bağlı şikayətləriniz olduğunda və ya keçirilmiş infarktdan sonra kardioloqlar müvafiq müayinələr təyin edir. Koronarangioqrafiya (anjio) etməklə ürəyi qidalandıran damarların rentgen görüntüsü alınır. Angioqrafiyadan sonra ürəyi qidalandıran 2 damarınızda və onların şaxələrində daralma (stenoz) və ya tam tutulma (okkluziya) olub olmadığı və stentlə açılmasının mümkünlüyü qiymətləndirilir. Əgər stent qoyulması hər hansı bir səbəbdən (ana damarların başlanğıc hissəsində, şaxələrə ayrıldığı yerlərdə darlıqlar olarsa, diffuz daralmalar olduqda, şəkərli diabet xəstələrində və.s) məqsədə uyğun olmadıqda koronar şuntlama əməliyyatına qərar verilir. Əgər angioqrafiyanın nəticəsinə görə xəstənin damarlarına stent implantasiyası mümkün olarsa, lakin paralel olaraq ürək qapaqlarında daralma və ya çatışmazlıq, ürək boşluğunda tromb və ya ürəkdən çıxan damarlarda anevrizmatik genişlənmə varsa yenə də açıq ürək əməliiyatına qərar verilir.
Koronar şuntlama əməliyyatı nə zaman olmalıyam?
Koronaroqrafiya (anjio) edildi və əməliyyat qərarı verildi. Bu günə qədər ürəklə bağlı bir problem olmamasına baxmayaraq,  damarlarda aşkarlanmış daralmalar sizin hər an infarkt və qəfləti ölüm riski ilə qarşılaşa biləcəyinizə bir xəbərdarlıqdır. Texnologiyanın bu günkü inkişafına baxmayaraq, təəssüf ki, ürək infarktının nə zaman baş verəcəyini dəqiq söyləmək olmur. Bu 5 dəqiqə, 1 ay və ya 1 neçə ay sonra yarana bilər. Doktorların məqsədi ürəyinizin infarkt keçirmədən və  hər hansı bir fəsad yaranmadan, ürək damarlarında aşkarlanmış daralmaları ən tez bir zamanda stent və ya koronar şuntlama əməliyyatı ilə aradan qaldırmaqdır.
Koronar şuntlama əməliyyatından sonra reanimasiyada nə qədər qalmalıyam?
Koronar şuntlama əməliyyatı başa çardıqdan sonra xəstə reanimasiya şöbəsinə köçürülür. Narkozun təsiri bir neçə saat davam edir. Bu vaxt ərzində xəstə süni tənəffüs aparatının köməyi ilə nəfəs alır və monitor vasitəsilə ürəyin işi kontrolda saxlanılır. Xəstə tam oyandıqdan, əzələ gücü bərpa olduqdan sonra süni tənəffüs aparatından ayrılır və özü sərbəst nəfəs alır. Sərbəst nəfəs alan xəstə tez bir zamanda ayağa qaldırılır, öskürmə və digər ağciyər çalışmalarına başlanılır. Hər hansı bir səbəbdən reanimasiyada qalmasına ehtiyac olmadıqda, xəstələrimizin böyük əksəriyyəti adətən 1 və ya 2 gün reanimasiyada qaldıqdan sonra palataya köçürülür.
Koronar şuntlama əməliyyatından sonra neçə gün həstəxanada qalmalıyam?
Ağırlaşmasız keçən açıq ürək əməliyyatından sonra xəstələrimiz bir və ya iki gün reanimasiyada, 4 və ya 5 gün palatada qalırlar. Xəstənin özünün yeriyə biləcəyi, öz yeməyini və adi işlərini görə biləcəyi hala gəldiyindən sonra evə yazılır. Xəstəxanada qaldığı vaxt ərzində ən önəmli iş ağciyərlərin yetərincə açılmasıdır. Bu məqsədlə xəstələrimiz erkən hərəkət edə biləcəyi hala gətirilir və müvafiq ağciyər işləmləri edilir.  Evə yazılan xəstələrimizə bu cür çalışmaların edilməsi üçün lazımi apartalar verilir  və işlədilməsi başa salınır.

Aorta Qapaq Protezləşdirilməsi (AVR) nədir? 
Aorta qapaq xəstəliklərində edilən əməliyyatdır. Bu bir ürək əməliyyatıdır. Xəstənin döş sümüyü kəsilərək ürəyə yol açılır. Ürək süni qan dövranı aparatına qoşulur. Ürəyin dayanmasını (kardioplegiya) təmin edən  dərmanlar qanla birlikdə verilərək həm ürəyin dayanmasını həm də qidalanması təmin olunur. Daha sonra aorta damarında kəsik apararaq aorta qapağına yol açılır. Aorta qapap tayları bəzi texniki üsullarla kəsilib çıxarılır. Qapağın fibroz həlqəsinə qapağı təsbit etmək üçün qapaq tikişləri qoyulur, sonra mexanik və ya bioloji qapaq yerləşdirilir. Aortanın kəsilmiş hissəsi tikilir. Ürəyin boşluqları qanla doldurularaq hava çıxarılır, ürəyin dayanmasını təmin edən dərmanlar dayandırılır və ürəyi qidalandıran damarlardan qan getdikcə qısa bir vaxt ərzində ürək çalışmağa başlayır. Lazımı kontrollar edildikdən sonra əməliyyat başa çatdırılır.
Mitral qapaq protezləşdirilməsi (MVR) nədir?
Mitral qapaq əməliyyatları açıq ürək əməliyyatlarının bir növüdür. Əsasən döş sümüyü kəsilərək, lakin  bəzən isə qabırğa arası sahədən ürəyə yol açılır. Ürək əməliyyatın gedişində süni qan dövranı aparatına qoşulur. Ürəyin dayanmasını (kardioplegiya) təmin edən  dərmanlar qanla birlikdə verilərək həm ürəyin dayanmasını həm də qidalanması təmin olunur. Ürəyin içinin açıldığı bu əməliyyatlar texniki olaraq koronar şuntlama əməliyyatından fərqlənir. Əməliyyat orta hesabla 3 – 4 saat davam edri və ümumi anesteziya (narloz) altında icra olunur. Mitral qapaq əməliyyatlarında öncəliklə qapağın təmir edilməsinə cəhd olunsa da, darlıq olan xəstələrdə qapaq taylarında olan dəyişikliklər görə qapağın dəyişdirilməsi qaçılmazdır. Mitral qapağın protezləşdirilməsi (dəyişdirilməsi) üçün müxtəlif mexanik və bioloji qapaqlardan istifadə olunur. Mexanik qapaq implantasiya olunan xəstələrimiz ömrü boyu qan durulaşdırıcı dərmanlar qəbul edirlər. Bioloji qapaq istifadə olunan xəstələrimiz qan durulaşdırıcı dərman qəbul etməsinə ehtiyac qalmır. Bioloji qapaqların ömürü orta hesabla 15 il təşkil edilir. Bu səbəbdən yaşı 70 – dən yuxarı olan xəstələrimizdə istifadə edirik.
Anadangəlmə ürək qüsurları nə zaman əməliyyat olunmalıdır?
Anadangəlmə ürək qüsurları doğulan hər 1000 uşaqdan 7-8 də aşkar edilir. Bu qüsurlar ürəyin qapaqlarında, damarlarında, divarlarında yerləşməsinə görə, agırlıq dərəcəsinə görə müxtəlif olur. Bəzən bir neçə qüsur birlikdə təzahür edir. Bir çox qüsurlar insana ömrü boyu narahatçılıq törətmir, müalicə tələb etmir, bir qismi isə həyatla uzlaşmadığı üçün doğulandan sonra ilk dəqiqə və saatlarda uşağın tələf olmasına səbəb olur. Bəzi anadangəlmə ürək qüsurları, bir müddət sonra öz-özünə düzəlir. Anadangəlmə ürək qüsurlarının böyük əksəriyyəti qapalı yolla, əməliyyatsız –damardan keçməklə və ya açıq əməliyyatla düzəltməyə məruz qalır. Bu cür əməliyyatlar körpə dogulan kimi, eyni zamanda məktəbyaşına qədərki dövrdə aparıla bilər. Bu qüsurun ağırlıq dərəcəsindən və uşağın inkişafından asılı olaraq həkim tərəfindən müəyyən edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.