XİDMƏTLƏRİMİZ

Want create site? Find Free WordPress Themes and plugins.

Kardiologiya və ürək-damar cərrahiyyəsinin stasionar bölməsi ən müasir texnika və aparatlarla təchiz olunmuşdur. Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən həyata keçirilir. Bütün xəstə otaqları monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, çağırış siqnalı sistemi, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır. Klinikada demək olar ki, ürək-damar sisteminin bütün növ cərrahi və invaziv əməliyyatları təcrübəli və peşəkar həkimlər tərəfindən uğurla həyata keçirilir. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir.

Did you find apk for android? You can find new Free Android Games and apps.