XİDMƏTLƏRİMİZ

Want create site? Find Free WordPress Themes and plugins.

Exokardioqrafiya ürək əzələsi, ürəyin qapaq aparatı və ümumilikdə ürək fəaliyyətini ultrasəs dalğaları ilə dəyərləndirən müayinə metodudur. Dalğaların radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmandan istifadə edilməməsi bu üsulun hamilə qadınlarda, yeni doğulmuşlarda uşaqlarda, ümumiyyətlə hərkəsdə tətbiqini asanlaşdırır. Ürək boşluqlarının böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək daxili kütlələr, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarının-aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan müayinə metodudur.

Did you find apk for android? You can find new Free Android Games and apps.