XİDMƏTLƏRİMİZ

Want create site? Find Free WordPress Themes and plugins.

İNFEKTİV ENDOKARDİTDƏN QORUNMA RƏHBƏRİ

DİQQƏT

Anadangəlmə ürək qüsurunda və ya revmatizm xəstəliyi nəticəsində əmələ gələn ürək xəstəliklərində infektiv endokardit (ürəyin daxili təbəqəsinin iltihabı) əmələ gəlmə ehtimalı vardır. Bu xəstəlikdən uşağınızı qorumaq üçün aşağıdakı məsləhətlərə əməl edilməsi ÇOX VACİBDİR.

 

  1. Ağız içi və diş təmizliyi çox vacibdir. Bu səbəbdən dişlər həm yeməkdən sonra, həm də konfet, şokolad və dondurma kimi şirniyyat yedikdən sonra fırçalanmalıdır.

 

  1. Diş çürükləri də mühüm mikrob qaynağıdır. Diş çürükləri varsa, ya dolğu olunmalı, ya da dolğu mümkün deyilsə çəkdirilməlidir. Müəyyən aralıqlarla diş həkimi kontrolu və yeni başlamış çürüklərin müalicəsi olunmalıdır.

 

  1. Diş çəkimi, diş kanalı müalicəsi, badamcıq, yırtıq, appendisit əməliyyatı kimi hər cür kiçik və ya böyük cərrahi müdaxilələrdə də endokardit əmələ gəlmə riski vardır. Bu xəstəlikdən qorunmaq üçün diş müdaxiləsi və hər cür cərrahi müdaxilə olunmadan əvvəl qoruyucu dərman istifadə edilməlidir. Bu məqsədlə diş həkimi və ya həkiminizin nəzarətində sxemdə işarəli antibiotikləri istifadə etmək vacibdir.

 

  1. Bu məqsədlə bu formanı, getdiyiniz diş həkiminə və ya cərrahi müdaxilə üçün müraciət etdiyiniz hər həkimə mütləq göstərməlisiniz.

 

MÜDAXİLƏ EDƏCƏK HƏKİMƏ

 

Xəstəmiz, ürək xəstəliyi ilə əlaqədar olaraq “bakteremiya”ya yol açan hər cür müdaxilə əsnasında infektiv endokardit riski daşımaqdadır. Buna görə də olunacaq müdaxiləyə görə yuxarıda işarəli dərman profilaktikasının məsləhət etdiyimiz kimi tətbiq edilməsi vacibdir. Xahiş edirəm lazım gəldikdə məsləhət üçün arxada yazılmış telefon vasitəsilə bizimlə əlaqə saxlayasınız.

 

 

PROFİLAKTİKANIN VACİB OLDUĞU HALLAR

Qrup 1:

  • Diş əti qanamasına səbəb olan müdaxilələr
  • Tonzillektomiya və adenoidektomiya
  • Tənəffüs sistemi biopsiyası və müdaxilələri
  • Abses açma, iltihablı bir toxumaya müdaxilə
  • Sünnət, qulaq dəldirmə, döymə və piercing taxdırma

Qrup 2:

  • Bütün gastrointestinal sistem müdaxilələri

(endoskopiya və biopsiya daxil)

  • Urogenital sistem müdaxilələri:

(Sisteskopiya və urinar sistem cərrahiyyəsi)

PROFİLAKTİKANIN VACİB OLMADIĞI HALLAR

  • Timpanostomiya borusunun taxılması
  • Süd dişlərinin öz-özünə çıxması

PROFİLAKTİKA SXEMİ

Qrup 1 dəki müdaxilələrdə

30 kq-dan az:

Amoksisilin: müdaxilədən 1 saat əvvəl 50 mq/kq oral

qəbul edə bilmirsə, müdaxilədən 30 dəq əvvəl:

Ampisillin 50 mq/kq İV/İM (maksimum: 2 gr)

 

30 kq-dan çox:

Amoksisilin: Müdaxilədən 1 saat əvvəl 2 gr,

oral qəbul edə bilmirsə, müdaxilədən 30 dəq əvvəl:

Ampisillin 2 qr İV/İM

 

 

PENİSİLLİN ALLERGİYASI VARSA VƏ YA REVMATİZM ÜÇÜN DEPO PENİSİLLİN İSTİFADƏ EDİRSƏ

 30kq-dan az:

Klindamisin müdaxilədən 1 saat əvvəl 20 mq/kq

İV (maks: 600 mq/kq)

30kq-dan çox:

Klindamisin müdaxilədən 1 saat əvvəl 600 mq oral,

Oral qəbul edə bilmirsə: Klindamisin ampul müdaxilədən

30 dəq əvvəl 20 mq/kq İV (maks: 600 mq)

 

 

Qrup 2 dəki müdaxilələrdə

30 kq-dan az:

Ampisillin 50 mq/kq + gentamisin 2 mq/kq

Müdaxilədən 30 dəq əvvəl İV/İM

30 kq-dan çox:

Ampisillin 2 qr + gentamisin 1, 5 mq/kq

Girişimdən 30 dəq əvvəl İV/İM

 

PENİSİLLİN ALLERGİYASI VARSA

30 Kq-dan az:

Vankomisin 20 mq/kq, müdaxilədən 1 saat əvvəl başlayaraq 1 saatlıq infuziya şəklində İV

30 kq-dan çox:

Vankomisin 1 gr, müdaxilədən 1 saat əvvəl başlayaraq 1 saatlıq infuziya şəklində İV

YÜKSƏK RİSKLİ XƏSTƏLƏR

  • Protez qapaqlı,
  • Endokardit keçirmiş,
  • Sistemik- pulmonar şuntlu, konduitli xəstələr,
  • Kompleks sianotik xəstələr. . .

 

30 kq-dan az:

  • Ampisillin 50mq/kq + gentamisin 2 mq/kq müdaxilədən 30 dəq əvvəl İV/İM,
  • İlk dozadan 6 saat sonra Ampisillin 25 mq/kq İV/İM və ya Amoksisilin 25 mq/kq oral

 30 kq-dan çox:

  • Ampisillin 2 qr + gentamisin 1, 5mq/kq müdaxilədən 30 dəq əvvəl İV/İM,
  • İlk dozadan 6 saat sonra Ampisillin 1 qr İV/İM və ya Amoksisilin 1 qr oral
Did you find apk for android? You can find new Free Android Games and apps.