XİDMƏTLƏRİMİZ

Want create site? Find Free WordPress Themes and plugins.
  1. MİTRAL QAPAĞIN PROLAPSI (MVP)

Ürəyin sol qulaqcığı ilə sol mədəciyi arasındakı qapaq taylarından birinin və ya hər ikisinin qalın, gövşək və yumşaq olub, qapaqları saxlayan xordaların uzun olması nəticəsində, ürək yığılarkən qapaqlar sol qulaqcığa doğru çökür. Bəzən də bu çökmə ilə əlaqədar qapaq tam bağlana bilmir və qanın sol qulaqcığa doğru qayıtmasına səbəb olur. Prolaps aşkar edilən xəstələrin ailə üzvlərində və yaxın qohumlarında da bu xəstəliyin təkrarlanma ehtimalı 30%-dir, yəni irsiyyətin rolu var.

Diaqnoz necə qoyulur ?

Əsasən xəstələrin ürəkdöyünmə, döş qəfəsində ağrı, huşitirmə kimi şikayətlərlə həkimə müraciət etməsi nəticəsində aşkar edilir. Bəzi hallarda isə tam başqa səbəbdən həkim müayinəsi zamanı küy eşidilməsi nəticəsində təsədüfən aşkar edilə bilər. Dəqiq diaqnoz exokardioqrafiya və rəngli doppler müayinəsi ilə qoyulur. Ürəkdöyünmə şikayəti də varsa, holter (24saatlıq EKQ) müayinəsinə ehtiyac ola bilər.

Necə müalicə olunur ?

Bir çox xəstədə hər hansı müalicəyə ehtiyac yoxdur, lakin vaxtaşırı kontrol müayinələr olunmalıdır. Amma, ürəkdöyünmənin bəzi növlərində dərman müalicəsi lazım gəlir. Əgər mitral qapaqda çatmamazlıq varsa, cərrahi əməliyyat, sünnət, diş çəkdirmə, diş ətinin qanamasına səbəb olan prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qişasının iltihabı) qorumaq üçün dərman istifadəsi vacibdir. Eyni zamanda ürəkdöyünmə hallarından qorunmaq üçün verilən məsləhətlərə əməl etmək vacibdir.

Bunları bilmək vacibdir :

  • Mitral qapaqdakı problem ciddi deyilsə, bədən tərbiyəsi və idmana məhdudiyyət qoyulmamalıdır. Egər məhdudiyyət vacibdirsə, bu, həkiminiz tərəfindən sizə bildiriləcəkdir.
  • Müəyyən müddət ərzində əlamətlərdə dəyişiklik ola biləcəyi üçün kontrol müayinələr vacibdir. Kontrol müayinə zamanı müxtəlif məsləhətlər verilə bilər və müalicə taktikasında dəyişiklik oluna bilər.
  • Müxtəlif səbəblərdən əməliyyata ehtiyac olduğu zaman, ürəkdöyünmə halının baş verə biləcəyi barədə həkiminizə məlumat verin. Mitral qapaq çatmamazlığı varsa stomatoloji və ya hər cür cərrahi əməliyyatdan əvvəl infektiv endokardit profilaktikasına əməl edilməlidir.
  • Müxtəlif səbəblərlə əlaqədar susuz qalmaq və ya sidikqovucu(diuretik) dərman istifadə etmək özündəngetməyə səbəb ola bilər.
  • Kontrol müayinələr arasında şikayətlərdə əhəmiyyətli dərəcədə artma və ya özündəngetmə halı qeyd edilərsə, təyin edilən müayinə vaxtını gözləmədən kardioloq həkiminizlə əlaqə yaradın.

 

  1. ATRIAL SEPTAL DEFEKT (ASD)

 

 

Ürəyin qulaqcıqları arasındakı çəpərdə olan defektə verilən addır. Buna görə də təmiz qanın bir hissəsi sağ mədəciyə keçir. Ağciyərlərə gedən qanın artması ilə əlaqədar olaraq, bir neçə ildən sonra ağciyər damarlarında təzyiq yüksəlməsinə və ürəyin böyüməsinə səbəb ola bilər.

Diaqnoz necə qoyulur?

Ümumiyyətlə uzun illər boyu heç bir əlaməti olmaya bilər. Hətta həkimlərə çox da müraciət etməmiş şəxslərdə 30-60 yaşına qədər diaqnozun qoyulmadığı hallara rast gəlinir. Ancaq başqa bir səbəbdən həkimə müraciət edərkən təsadüfən ürəkdə küyün və ya əlavə səslərin eşidilməsi, rentgenoqrafiya zamanı ürəyin böyük olması bu xəstəlikdən şübhələnməyə əsas verir. Dəqiq diaqnoz uşaq kardioloqunun müayinəsi və exokardioqrafiya əsasında qoyulur.

Necə müalicə olunur ?

Dəliyin ölçüsünə əsasən müalicənin vaxtı təyin edilir. Öz-özünə bağlanmayan , ağ ciyər arteriyasında təzyiqin yüksəlməsi təhlükəsi olan defektlər, əsasən 3-6 yaşlarında, yəni məktəbəqədərki dövrdə bağlanılır. Döş qəfəsinin orta hissəsində əməliyyata aid bir iz qalır. Bu izin daha az görünən nahiyyələrdə olması üçün , müxtəlif əməliyyat metodlarından istifadə edilir. Bəzi xəstələrdə defekti kateterizasiya metodu ilə bağlamaq da mümkündür. Lakin hər xəstənin müalicəsində bu metoddan istifadə etmək mümkün olmur, yalnız defektin ölçüləri uyğun olduğu hallarda bu müalicə növündən istifadə edilir.

Bunları bilmək vacibdir :

Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən (ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə nadir hallarda ehtiyac olur. Xəstələrin gözlənilməyən ağırlaşmalardan qorunmaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmələri vacibdir. Əməliyyat olunmuş xəstələr də daha seyrək olmaq şərtilə həkim müayinəsindən keçməlidirlər.

 

  3. KİÇİK VENTRİKULOSEPTAL DEFEKT(KİÇİK VSD) mədəciklərarsı çəpərin kiçik defekti

Ürəyin iki mədəciyi arasındakı çəpərdə kiçik defektin olmasından ibarətdir.

Bu defekt vasitəsilə ürəyin sol tərəfindəki təmiz qanın bir hissəsi sağ tərəfə keçir. Xəstənin şikayətlərinin ciddiliyi və müalicənin növü(dərman və ya əməliyyat) defektin böyüklüyündən yəni, buradan keçen qanın miqdarından asılıdır. Kiçik VSD li xəstələrin ümumiyyətlə heç bir şikayəti olmur və müalicəyə ehtiyac olmur.

Diaqnoz necə qoyulur ?

Diaqnoz, peyvənd olunmaq üçün, bədən hərarətinin yüksəlməsi, öskürək və ya bu kimi başqa şikayətlərlə, həkimə müraciət etdikdə, uşaq bağçasında və ya məktəbdə həkim müayinəsi zamanı təsadüfən küy eşidilməsi ilə qoyulur. Dəqiq diaqnoz isə uşaq kardioloqunun müayinəsi və exokardioqrafiya əsasında qoyulur.

Müalicə necə aparılır ?

Kiçik defektlərdə müalicə lazım gəlmir. Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur.

Bunları bilmək vacibdir :

Kiçik VSD nin öz-özünə bağlanma ehtimalı 70-80% dir. Eyni zamanda bəzi defektlər bağlanarkən başqa problemlərə səbəb ola bilər. Buna görə də xəstə, həkimin təyin etdiyi fasilələrlə həkim müayinəsindən keçməlidir.

  1. BÖYÜK VENTRİKULOSEPTAL DEFEKT (BÖYÜK VSD)

Ürəyin iki mədəciyı arasındakı çəpərdə böyük defektin olmasından ibarətdir.

Bu defekt vasitəsilə ürəyin sol tərəfindəki təmiz qanın böyük, bir hissəsi sağ tərəfə keçir, buradan da ağciyərlərə gedir. Nəticədə ağciyər arteriyasında təzyiq yüksəlir, bu isə öz növbəsində xəstənin tez-tez ağciyər infeksiyası ilə xəstələnməsinə səbəb olur. Digər tərəfdən isə artan qan axımı ürəyin daha cox işləməsinə və daha tez yorulmasına və böyüməsinə səbəb olur.

Diaqnoz nece qoyulur?

Bu xəstələrdə doğuşdan bir neçe həftə sonra tez-tez nəfəs alıb vermə, xüsusilə əmərkən həddindən artıq tərləmə və yorulma, inkişafdanqalma diqqəti cəlb edir. Diaqnoz müayinə zamanı küy eşidilməsi və ürək çatmamazlığı şikayətlərinin aşkar edilməsi ilə qoyulur. Bu uşaqlarda ağciyər xəstəliklərinə də tez-tez rast gəlinir. Bəzi insanlar uşaqlarını həkimə yalnız xəstə olduğu zaman apardıqları üçün ağır xəstəlik zamanı və yaxud uşaq ağlayarkən küy və digər əlamətlər aşkar edilməyə bilər. Bu xəstələrin bir hissəsi ağciyər infeksiyasını müalicə etdirərək qismən yaxşılaşsalar da təkrar təkrar xəstələnirlər və diaqnoz qoyulması buna görə gecikə bilər. Diaqnozun vaxtında qoyulması üçün bizim ölkəmizdə də sağlam uşaqların həkim müayinəsindən keçirilməsi vacib şərtdir. Dəqiq diaqnoz uşaq kardioloqu tərəfindən aparılan müayinə və exokardioqrafiya müayinəsi əsasında qoyulur.

Müalicə necə aparılr?

Dərman müalicəsi ürəyin yığılma gücünü artırmaq və ürəyin getdikcə böyüməsinin qarşısını almaq istiqamətində aparılır. Uşaq böyüdükcə dəliyin ölçüsü nəzarətdə saxlanılır. Bəzi VSD lər öz-özünə bağlanarkən başqa problemlərə səbəb ola bildiyi üçün kontrol həkim müayinələri vacibdir. Bəzi hallarda cərrahi müalicədən əvvəl ürək boşluqlarının kateterizasiyasına ehtiyac olur. Öz-özünə bağlanmayan və ya kiçilməyən VSD lərdə cərrahi müalicə üçün uyğun vaxt ümumiyyətlə 6 ay hesab edilir. Defekt yamaq ilə bağlanılır və qan keçişinin qarşısı alınır.

Bunları bilmək vacibdir :

Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Bu müalicə cərrahi əməliyyat olunmuş xəstələrə də şamil edilir. Xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir.

  1. PULMONAR STENOZ(PS)

Ürəyin sağ tərəfindən çıxan və ağciyərlərə gedən damarın qapağında və ya bu qapağdan bir qədər əvvəl və ya sonra, yan şaxələrdə darlığın olmasıdır, Ürəyin sağ mədəciyi darlıq olan damardan və ya qapaqdan ağciyərlərə qanı göndərmək üçün daha çox işləməyə məcbur olur. Xəstəlik şiddətlənib ürəyi yormadan əvvəl valideyinlərin hiss edə biləcəyi heç bir əlamət ortaya çıxmır. Darlıq yünqül, orta və ağır dərəcədə ola bilər. Xəstənin şikayətləri, xəstəliyin əlamətləri, müalicənin lazım olub olmaması və müalicənin növü darlığın dərəcəsindən və yerindən asılıdır.

Diaqnoz necə qoyulur?

Əgər uşaq tam başqa şikayətlərlə və əlamətlərlə həkimə aparılarsa, bu zaman küy eşidilir və həkim pulmonar stenozdan şübhələnir. Dəqiq diaqnoz uşaq kardioloqunun müayinəsi ilə və ya exokardioqrafiya müayinəsi ilə qoyulur.

Pulmmonar stenozMüalicə necə aparılır?

Yüngül darlıq olanda, ürəyə ciddi bir zərər vermədiyi üçün müdaxilə olunmur.
Əgər darlıq yüngüldürsə , ürəyə zərər vermədiyi üçün bu cür qüsura müdaxilə edilmir. Lakin müəyyən vaxt keçdikcə darlığın dərəcəsi arta bilər. Buna görə də həkim darlığın dərəcəsinə müayinə və exokardioqrafiya ilə nəzarət etməlidir. Orta və ağır dərəcəli qapaq darlığı olan xəstələrdə, darlığı balonla genişləndirmə metodundan istifadə edilir. Qapaqdan əvvəlki darlıqlarda balonlu kateterlərdən istifadə olunmur. Qapaqdan sonrakı darlıqlarda isə balonlu kateter, qapaq darlıqlarındakı qədər müvəffəqiyyətli olmur. Bu metod nəticə vermədikdə bəzi xəstələrə cərrahi əməliyyat lazım gəlir.

Bunları bilmək vacibdir :

Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir.

  1. AORTAL STENOZ (AS)

Ürəyin sol tərəfindən çıxan əsas damarın qapağaıda, qapaqdan əvvəl və ya sonra daralmanın olmasıdır. Ürəyin sol mədəciyinın orqanlara qan göndərmək üçün daha çox işləməsinə səbəb olur. Xəstəlik şiddətlənib ürəyi yormadan əvvəl valideyinlərin hiss edə biləcəyi heç bir əlamət ortaya çıxmır. Darlıq yünqül, orta və ağır dərəcədə ola bilər. Xəstənin şikayətləri, xəstəliyin əlamətləri, müalicənin lazım olub olmaması və müalicənin növü darlığın dərəcəsindən və yerindən asılıdır. Bəzi xəstələrdə aortal qapaq stenozuna qapğın üç deyil iki taydan ibarət olmasıdır. Buna bikuspid aorta qapağı deyilir.

Aortal stenoz

Diaqnoz necə qoyulur?

Ağır olmayan xəstələrdə diaqnoz müayinə zamanı küy eşidilməsi ilə qoyulur. Ağır xəstələrdə tez yorulma, halsızlıq, döş qəfəsində ağrısı, özündəngetmə halları olur. Dəqiq diaqnoz uşaq kardioloqunun müayinəsi və exokardioqrafiya ilə qoyulur.

Müalicə necə aparılır?

Yüngül darlıqlara müdaxilə edilmir. Lakin bəzi xəstələrdə daralmanın dərəcəsi bir müddət sonra arta bilər. Buna görə də darlığın dərəcəsinə exokardioqrafiya ilə nəzarət edilməlidir. Orta və ağır dərəcəli daralmalarda balonlu kateterlə müdaxilə edilib darlıq genişləndirilir. Bu metod nəticəsiz oldıqda bəzi xəstələrdə əməliyyatla qapaq darlığını genişləndirmə, hətta qapaq dəyişdirmə əməliyyatlarından istifadə edilir.

Bunları bilmək vacibdir :

Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir.

Xüsusilə, fiziki gərginlik zamanı olan döş qəfəsi ağrısı, özündəngetmə kimi şikayətlər əmələ gəldikdə təcili həkim müayinəsi lazım gəlir. Əhəmiyyətli darlığı olan xəstələrin, ağır fiziki gərginlikdən ibarət olan idman proqramları ilə məşğul olmaları məsləhət görülmür.

  1. AORTANIN KOARKTASİYASI (AK)

Ürəyin sol tərəfindən çıxan damarın beyin və sol qola gedən damar ayrıldıqdan sonra enən nahiyyəsində olan daralmadır. Ürəyin sol mədəciyinin orqanlara qan göndərmək üçün daha çox işləməsinə səbəb olur. Eyni zamanda daralmanın altında təzyiq aşağı olduğu halda, beyinə və qollara gedən damarlarda təzyiq yüksək olur. Darlıq yüngül, orta və ağır dərəcədə ola bilər. Xəstənin şikayətləri, xəstəliyin əlamətləri, müalicənin lazım olub olmaması və müalicənin növü darlığın dərəcəsindən və yerindən asılıdır.

Diaqnoz necə qoyulur?

Cidd olmayan daralmalara diaqnoz müayinə zamanı küy eşitməklə qoyulur. Eyni zamanda arterial təzyiqin yüksək olması , bununla əlaqədar olaraq tez-tez burundan qan açılması, başağrısı kimi şikayətlər ola bilər. Dəqiq diaqnoz uşaq kardioloqu tərəfindən olunan müayinə və exokardioqrafiya ilə qoyulur.

 Müalicə necə aparılır?

Uşağa heç bir zərər vermədiyi üçün yüngül dərəcəli daralmalara müdaxilə olunmur. Lakin müəyyən vaxt keçdikcə darlığın dərəcəsi arta bilər. Buna görə də həkim darlığın dərəcəsinə müayinə və exokardioqrafiya ilə nəzarət etməlidir. Orta və ağır dərəcəli darlığı olan xəstələrdə, darlıq balonla genişləndirmə metodundan istifadə edilərək genişləndirilir. Bu metod nəticə vermədikdə nadir hallarda xəstələrə cərrahi əməliyyat lazım gəlir.

Bunları bilmək vacibdir :

Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir.

Əhəmiyyətli darlığı olan xəstələrin, ağır fiziki gərginlikdən ibarət olan idman proqramları ilə məşğul olmaları məsləhət görülmür.


  1. ARTERİAL AXACAĞIN(BOTAL)AÇIQ QALMASI

PATENT DUKTUS ARTERİOZUS (PDA)

Ana bətnindəikən hər bir uşağın ürəkdən çıxan iki böyük damarı arasında , bu damarları birləşdirən bir damarı vardır. Uşaq doğulduqdan sonra 3 gün ərzində bu damar qeyri ixtiyari bağlanır. PDA bu damarın doğuşdan sonra da bağalanmayıb açıq qalmasıdır. Vaxtından əvvəl doğulmuş körpələrdə PDA olma ehtimalı yüksəkdir. Lakin, bunlarin böyük əksəriyyəti bir neçə ay ərzində dərmanla və ya öz-özünə bağlanırlar. Vaxtında doğulan körpələrdə əgər damar vaxtında bağlanmamışsa, Daha sonra öz-özünə bağlanma ehtimalı çox azdır. Bu tip xəstələrdə açıq qalan damar vasitəsilə orqanlara getməli olan təmiz qanın bir hissəsi ağciyərlərə gedir. Bu. bir tərəfdən ağciyər damarlarında təzyiqin yüksəlməsinə digər tərəfdən qan axının artması ürəyin daha çox işləməsinə, ürək əzələsinin yorulmasına səbəb olur.

Diaqnoz nece qoyulur?

Əgər damarın ölçüsü kiçikdirsə, heç bir əlamətlə özünü göstərmir. Təsadüfən küy eşidilməsi nəticəsində diaqnoz qoyulur. Əgər PDA böyükdürsə, körpədə tənginəfəslik, xüsusilə qidalanarkən şiddətli tərləmə və tez yorulma, inkişafdan geri qalma diqqəti cəlb edəcəkdir. Diaqnoz müayinə əsnasında küyün eşidilməsi və ürək çatmamazlığı əlamətlərinin aşkar edilməsi ilə qoyulur. Bu xəstələrdə bronxit və digər ağ ciyər xəstəliklərinə daha çox rast gəlinir. Ölkəmizdə uşaqlar həkimə yalnız xəstə olduqları zaman müraciət etdikləri üçün ağır xəstədə və ya uşaq ağlayarkən küyü eşitmək çətin ola bilər, o cümlədən digər əlamətlər nəzərə çarpmaya bilər. Bu hal təkrarlana bildiyi üçün və xəstə də hər dəfə ağ ciyər infeksiyasına görə müalicə aldığı zaman nisbətən yaxşılaşdığına görə əsəs xəstəliyin diaqnozu gecikmiş olur. Vaxtında diaqnozun qoyulması üçün ölkəmizdə sağlam üşaqların da həkim müayinəsindən keçməsi vərdişinin valideynlərə aşılanması vacibdir. Dəqiq diaqnoz uşaq kardioloqunun müayinəsi və exokardioqrafiya müayinəsi ilə qoyulur.

Müalicə necə aparılır?

Vaxtından əvvəl doğulan uşaqlarda dərmanla PDA nın bağlanmasına nail olmaq mümkündür. Öz-özünə bağlanmayan PDA xəstələrində birinci müalicə kateter vasitəsilə qasıq damarında girərək açıqlığın “coil” və ya “tıxac” deyilən alətlərlə bağlanmasıdır. Böyük PDA sı olan xəstələrdə kateterlə bağlamaq mümkün deyilsə, açıq qalan damar kiçik əməliyyatla bağlanaraq qanın keçməsinin qarşısı alınır.

Bunları bilmək vacibdir :

Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qişasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir

  1. FALLO TETRADASI (TOF)

Bu xəstəlik bir neçə qüsurdan ibarətdir.

  1. Ağciyər arteriyasının daralması(PS)
  2. Mədəciklərarası çəpərdə dəlik (VSD)
  3. Aortanın sağ mədəciyə doğru yerdəyişməsi.
    Bu xəstəliyin əsas əlaməti göyərmə olub, bəzi körpələrdə doğulan kimi özünü biruzə verir, bəzilərində isə doğulanda heç bir göyərmə qeyd edilmir, lakin, aylar keçdikcə yavaş-yavaş ortaya çıxır. Eyni zamanda 1 yaşına qədər barmaq uclarında qalınlaşma əmələ gələ bilər. Yüngül xəstələrdə ümumiyyətlə göyərmə olmaya bilər.

Diaqnoz necə qoyulur?

Körpədə diqqəti cəlb edən ilk əlamət dodaqlarında getdikcə artan göyərmənin olmasıdır. Göyərmə uşaq ağlayarkən daha da şiddətlənir. 3-9aylarda göyərmənin artması ilə müşayiət olunan özündəngetmə halları ola bilər. Xüsusılə uşaq yuxudan ayildıqdan sonra və ya ağlamaqla uşağın rəngində əhəmiyyətli daracədə tündləşmə, huşunun tormozlanması və ya ağır hallarda tam huşitirməyə qədər şüur dəyişikliyi əmələ gələ bilər. Əgər belə hallar baş verərsə dərhal uşaq kardioloquna xəbər verilməlidir. Bu tutmaların qarşısını almaq üçün dərman istifadə etmək lazımdır, dərman kömək etmədiyi hallarda cərrahi əməliyyat lazım gəlir. Ümumiyyətlə müayinə zamanı göyərmənin aşkar edilməsi və küy eşidilməsi ilə əlaqədar olaraq Fallo tetradası diaqnozu qənaətinə gəlinir, lakin dəqiq diaqnoz uşaq kardioloqunun müayinəsi və exokardioqrafiya müayinəsinə əsasən qoyulur. Cərrahi əməliyyat tarixinə qədər 2-3 ayda bir qanazlığı və özündəngetmə halları baxımından həkim müayinəsi vacibdir. Lazım gələrsə və məcburı hallarda vaxtından əvvəl əməliyyat oluna bilər.

Müalicə necə aparilir?

Bu xəstəlikədə öz-özünə düzəlmə və ya defektin özbaşına bağlanması mümkün olmadığı üçün cərrahi əm

əliyyat mütləq hesab edilir. Cərrahi əməliyyatdan əvvəl xəstələrə ürək boşluqlarının kateterizasiyası lazım gəlir. Respublikamızda qüsurun tam düzəldilməsi üçün 1 yaşında cərrahi əməliyyat olunması məsləhət görülür. Bəzi uşaqlarda ağciyər arteriyası yaxşı inkişaf etməmişdirsə, tam düzəltmə əməliyyatından əvvəl, ağciyər arteriyasının yaxşı inkişaf etməsi üçün köməkçi, şunt cərrahi əməliyyatı olunmalıdır(sa

ğdakı şəkil).

Bunları bilmək vacibdir:

Tam düzəltmə əməliyyatından əvvəl və sonra sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Əməliyyatdan sonra ritm pozğunluğu baxımından xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir.

  1. BÜYÜK ARTERİYALARIN TRANSPOZİSİYASI (BAT)

Bu xəstəlikdə normanın əksi olaraq, ürəyin sol mədəciyindən ağciyər arteriyası, sağ mədəciyindən isə aorta çıxır. Yəni, çirkli qanın ağciyərlərdə təmizlənməsi mümkün olmur, nəticədə bütün bədənə çirkli qan axır. Xəstələrin doğuşdan sonra yaşama şansı yalnız bir halda, təmiz qanın digər tərəfə keçməsinə səbəb olacaq bir açıqlıq olması(ASD, VSD, PDA) halında mümkündür.

Diaqnoz necə qoyulur ?

Xüsusilə doğuşdan sonra ilk günlərdə göyərmə olur. Ürəkdə hər hansı bir açıqlıq da varsa, göyərmə yüngül olduğu üçün xəstəlik hiss olunmaya bilər. Müayinə zamanı küy eşidilə bilər, amma hər xəstədə küy eşidilməsi mütləq deyil. Dəqiq diaqnoz uşaq kardioloqunun müayinəsi və exokardioqrafiya müayinəsi ilə qoyulur.

Müalicə necə aparilir?

Qüsurun tam düzəldilməsi doğuşdan sonra iki həftə müddətində aorta və ağciyər arteriyalarının yerlərinin dəyişdirilməsindən ibarətdir. Lakin iki tərəf arasındakı açıqlığın kifayət dərəcədə olmaması hallarında prostoqlandin deyilən dərmanın istifadəsi lazım gəlir və ya balonlu kateter ilə iki qulaqcıq arasında dəlik açılması metodundan istifadə edilir. Bu müddət ərzində diaqnozu qoyulmamış və ya əməliyyat olunmamış xəstələrdə başqa əməliyyat metodlarından istifadə edilir.

Bunları bilmək vacibdir:

Arteriyaların yerdəyişdirilməsi əməliyyatı müvəffəqiyyətli olan xəstələrdə sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qışasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Əməliyyatdan sonra ritm pozğunluğu baxımından xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.