Pasientlər üçün məlumatlandırma

urek-damar-sistemi-xestelikleri

Pasientlər üçün məlumatlandırma

Want create site? Find Free WordPress Themes and plugins.

Koronar angioqrafiyaya hazirlıq
Pasientlər koronar angioqrafiya məqsədilə xəstəxanaya müraciət edərkən onlardan xüsusi hazırlıq demək olar ki, tələb olunmur. Eyni gün səhər əgər ümumiyyətlə dərman qəbul edirsə səhər yeməyini yeyərək dərmanlarını qəbul etməsi məsləhət görülür. Xəstəxanya daxil olduqdan sonra rutin müayinələrdən (elektrokardioqramma, exokardioqramma və qan analizləri) əlavə hər hansı əlavə müayinə həkim tərəfindən təyin edilə bilər. Koronar angioqrafiyaya ciddi ürək çatışmazlığı(xəstənin arxası üstə uzana bilməməsi), böyrək çatışmazlığı və qan xəstəlikləri əks göstəriş hesab edilir.
Koronar angioqrafiyaya müayinəsi necə olunur
Müayinə 10-15 dəq davam edir. Müdaxilə əksər hallarda mil arteriyasından (biləkdən), bəzən də bud arteriyasından (qasıqdan) yerinə yetirilir. Müayinə yerli keyitmə ilə ürək ritmi və arterial təzyiqin monitorizasiyası şəraitində icra edilir, demək olar ki, ağrısız prosedurdur.
Müayinə qurtardıqdan sonra bilək və ya qasıq nahiyyəsinə (giriş yerindən asılı olaraq) sıxıcı sarğı qoyulur. Pasient 2-4 saat müddətinə xəstəxanada nəzarətdə saxlanılır, sonra evə göndərilir.
Angioplastika və stent implantasiyası
Ürəyin tac damarlarındakı zədələnmələrdən asılı olaraq, həkimin qərarı və pasientin istəyindən asılı olaraq angioplastika və stent implantasiyası eyni seansda və ya başqa seansda aparıla bilər. Angioplastika və stent implantasiyası olunacaq xəstəyə 600mg (8 tablet) qandurulducu dərman uddurulur və prosedura başlanılır. Müddəti damarda olan daralmaların sayından və faiz etibarilə dərəcəsindən asılıdır.
Prosedur zamanı və prosedurdan sonra bir müddət pasient sinəsində yüngül ağrı hiss edə bilər, bu normal haldır. Pasientin o gecəni xəstəxanada, həkim nəzarətində keçirməsi məsləhət görülür. O birisi gün xəstənin sarğısı açılaraq, alacağı müalicə və həyat tərzi barədə xəstə təlimatlandırılaraq evə yola salınır.
Evə getdikdən sonra nə etməli
Pasient, angioqrafiyanın aparıldığı nahiyyədə (bilək və ya qasıq) sarğı açldıqdan sonra ciddi ağrı, şişkinlik, qızartının olub olmamasına diqqət etməlidir. Əgər belə hallarla qarşılaşarsa həkimlə məsləhətləşməlidir.
Təyinatda olan dərmanlarını vaxtında qəbul etməli, hər hansı narahatçılığı olduğu zaman özbaşına qərar verməməli, dərmanı dayandırmamalı və dəyişməməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
social position