Ürək-damar sistemi problemləri

urek-damar-sistemi-problemleri

Ürək-damar sistemi problemləri

Want create site? Find Free WordPress Themes and plugins.

Normal ürək döyünməsi nə deməkdir?
Ürəyimiz döyünərkən impulslar ürək əzələsinə təsir edərək onun yığılmasına səbəb olur. Bu impulslarda olan istənilən kənaraçıxmalar aritmiyalara səbəb olur. Aritmiyaların səbəblərindən danışmazdan əvvəl normal ürəkdöyünməsi zamanı nə prosesin getdiyinə nəzər salaq. İnsan ürəyi 4 kameradan ibarətdir: 2 qulaqciq və 2 mədəcik. Eyni zamanda sağ və sol olmaqla da ürək 2 hissəyə bölünür. Sağ və sol hissələrin hər birində 1 mədəcik və 1 qulaqcıq yerləşir.
Ürəkdöyünməsi zamanı qulaqcıq yığılaraq qanı mədəciyə qovur. Bu proses sinus düyünündən impulslar göndərilərkən başlanır. Nəticədə sağ və sol qulaqcıqlar yığılır.
Sonra impuls atrioventrikulyar düyünə keçərək mədəciklərin yığılmasına və qanın bədənə qovulmasına səbəb olur. Normal ürəkdə bu proses dəqiqədə 60-100 dəfə təkrar olunur.

Ürək ritminin pozulması
Simptomlar
Aritmiyalar simptomsuz keçə bilir. Həkimlər adətən onu sizdən əvvəl müəyyən müayinələr zamanı təyin edirlər. Rast gəlinə bilən simptomlar:
Sinədə titrəmə
Artan ürək vurğuları
Azalan ürək vurğuları
Sinədə ağrı
Təngnəfəslik
Başgicəllənmə
Huşitirmə
Göstərilən əlamətlər hər zaman ciddi problemin olduğuna dəlalət etmir. Bəzən isə həyati təhlükə yarada biləcək aritmiyalar tam əlamətsiz keçə bilər.

Səbəblər
Ürək xəstəlikləri
Hipertoniya xəstəliyi
Şəkərli diabet
Siqaret çəkmə
Spirtli içki qəbulu
Dərman və kofeindən asılılıq
Stress
Bəzi dərmanlarla və otlarla müalicə
Ürək əzələsində olan çapıqlar elektrik impulslarının keçirilməsinə mane ola bilər
Sağlam insanlarda müəyyən dərmanların istifadəsi aritmiyaya səbəb ola bilər
– Ürək toxumasının zədələnməsi. Ürək toxuması zədələnərkən və ya ölərkən impulsların ötürülmə yolları da zədələnmiş olur.
Bu vəziyyətlərə daxildir:
– Koronar arteriya xəstəliyi (ürəyin işemik xəstəliyi). Bu güclü aritmiyalara səbəb ola bilər ki, tez-tez mədəcik aritmiyaları, hətta qəfil ürək ölümlərini yarada bilər. Arteriyaların daralması ürəyin bir hissəsinin qidalanmasının pozulmasına və ölməsinə gətirib çıxarır.
– Kardiomiopatiyalar. Bu ürək mədəciklərinin divarlarının genişlənməsi, incəlməsi , boşluq ölçülərinin böyüməsi şəklində özünü büruzə verir. Kardiomiopatiya ürəyin əzələ xəstəliyi olmaqla qan qovma funksiyasını zəiflədir.
Aritmiyaların tipləri
Ürək vurğularının tezliyinə görə aritmiyalar bölünür:
– Taxikardiyalar: bu zaman ürək vurğularının sayı dəqiqədə 100-dən çox olur.
– Bradikardiyalar: bu zaman ürək vurğularının sayı dəqiqədə 60-dan az olur.
Qulaqcıq taxikardiyaları:
– Qulaqcıq səyriməsi. Əsasən yaşlı insanlarda olur. Xüsusən də arterial hipertoniyası və ürək xəstəliyi olan insanlarda rast gəlinir. Qulaqcıq səyriməsi zamanı qulaqcığın elektrik aktivliyi koordinasiya olunmur. Qulaqcıqlar dəqiqədə 350-600 dəfə səyriyir. Qulaqcıq səyriməsi paroksizmal ola bilər, yəni bir neçə dəqiqədən bir neçə saatadək davam edə bilər. Bəzən xronik də ola bilir. Qulaqcıq səyirməsi nadir hallarda həyati təhlükə yaradır.
– Supraventrikulyar taxikardiya (SVT). SVT-yə mədəcikdən yuxarıda əmələ gələn taxikardiyalar daxildir. SVT adətən qəfil başlayıb qəfil də bitir. Bir neçə saniyyədən, saatadək davam edir. SVT zamanı ürək vurğuları dəqiqədə 160-200 olur. Bu növ aritmiyalar daha çox cavan adamlarda rast gəlinir.

Mədəcik taxikardiyası
Ventrikulyar taxikardiya (VT). Bu mədəciklərdə əmələ gələn, qeyri-normal-dəqiqədə 200-dən artıq yığılmaya səbəb ola bilir. Buna adətən əvvəlcədən ürək xəstəliyi olan şəxslərdə meydana çıxır, çox zaman əvvəl keçirilmiş miokard infarktından sonra yaranan çapıq toxuması səbəb olur.

Ventrikulyar fibrilyasiya
Ventrikulyar fibrilyasiya zamanı ürək əzələsi yığıla bilmir və qanı damarlara qova bilmir. Bu da vital orqanların qan dövranının pozulmasına səbəb olur, nəticədə ölüm baş verir. Belə hallar təcili ürək-ağciyər reanimasıyasına göstərişdir.

Bradikardiyalar
Ürək vurğularının sayının 60 dan az olması bradikardiya kimi qiymətləndirilir.Əgər fiziki olaraq sağlamsınızsa onda ürək vurğularının sayının 60 dan az olmasına baxmayaraq  orqanların qan dövranında elə bir problem olmur.
Bradikardiyaların aşağıdakı növləri var:
– Sinus düyününün zəifliyi. Əgər sizin sinus düyününüz impulsları düzgün göndərmirsə sizin ürək vurğularınızın sayı çox az ola bilər. Digər bir səbəb düyünə yaxın ötürülmə yolu üzərində hər-hansı bir maneənin olmasıdır.
– Keçiriciliyin pozulması. Bu növ bradikardiyalar AV düyününün yaxınlığında maneə olarkən əmələ gəlir. Blokun növündən asılı olaraq elektrik impulslarının ötürülməsi hissəvi və ya tam kəsilə bilər.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
social position