Ürək ağrısı zamanı nə etməli?

Ürək ağrısı zamanı nə etməli?

Want create site? Find Free WordPress Themes and plugins.

Ürək ağrısı zamanı nə etməli?

Ürəkdə olan ağrı adətən fiziki gərginlik və ya stres nəticəsində baş verir. Əvvəl döş sümüyü arxasında sıxıcı ağrılar başlayır, sonra onlar göynədici, kəsici xarakter alır.
İnsan hava çatışmazlığı hiss edir, zəifləyir. Ağrı sol çiyinə, sol kürəyə yayıla bilər. Ağrı tədricən çoxalır, xəstə halsızlıq və qorxu hiss etməyə başlayır. 10-15 dəqiqədən sonra ağrı tədricən azalır, xəstə tutmadan sonra özünü zəif və yorğun hiss edir. Bu stenokardiya tutmasıdır. Stenokardiya ürəyin işemik xəstəliyinin bir növüdür.
Stenokardiya tutması zamanı ilk tibbi yardım:
– Əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallamaqla oturmaq lazımdır. Stenokardiya tutması zamanı uzanmaq məshət deyil! Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və ürək daha çox yüklənir.
– Təmiz havanın daxil olmasına şərait yaradın (pəncərəni açmaq, nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini açmaq).
– Nitroqliserin (0,0005 qr) həbini (tabletini) xəstənin dilinin altına qoyun və ehtiyac olduğu halda 3-5 dəqiqədən sonra 3 dozayadək artırmaqla təkrar edin. Nitroqliserin həbi qəbul etdikdən sonra baş ağrısı başlaya bilər. Bundan qorxmayın, bu baş ağrısı tez bir zamanda keçəcək.
– Xəstəyə 1 həb (tablet) aspirin (0,5 qr.) verin (çeynəmək üçün).
– Əgər xəstə çox həyacanlanırsa, ona sakitləşdirici bir dərman vermək olar.
Əgər 3 doza nitroqliserin qəbul etdikdən sonra ağrı 20dəqiqə müddətində keçməzsə, dərhal “təcili yardım” çağırın – çünki bu, xəstədə miokard infarktının baş verməsinin əlaməti ola bilər!

Did you find apk for android? You can find new Free Android Games and apps.
social position