PDA nədir?

PDA nədir?

Want create site? Find Free WordPress Themes and plugins.

PDA nədir?

Ana bətnindəikən hər bir uşağın ürəkdən çıxan iki böyük damarı arasında , bu damarları birləşdirən bir damarı vardır. Uşaq doğulduqdan sonra 3 gün ərzində bu damar qeyri ixtiyari bağlanır. PDA bu damarın doğuşdan sonra da bağalanmayıb açıq qalmasıdır. Vaxtından əvvəl doğulmuş körpələrdə PDA olma ehtimalı yüksəkdir. Lakin, bunlarin böyük əksəriyyəti bir neçə gün ərzində öz-özünə bağlanırlar. Vaxtında doğulan körpələrdə əgər damar vaxtında bağlanmamışsa, daha sonra öz-özünə bağlanma ehtimalı çox azdır. Bu tip xəstələrdə açıq qalan damar vasitəsilə orqanlara getməli olan təmiz qanın bir hissəsi ağciyərlərə gedir. Bu. bir tərəfdən ağ ciyər damarlarında təzyiqin yüksəlməsinə digər tərəfdən qan axının artması ürəyin daha çox işləməsinə, ürək əzələsinin yorulmasına səbəb olur.

Müalicə necə aparılır?

Vaxtından əvvəl doğulan uşaqlarda dərmanla PDA nın bağlanmasına nail olmaq mümkündür. Öz-özünə bağlanmayan PDA xəstələrində birinci müalicə kateter vasitəsilə qasıq damarında girərək açıqlığın “coil” və ya “tıxac” deyilən alətlərlə bağlanmasıdır. Böyük PDA sı olan xəstələrdə kateterlə bağlamaq mümkün deyilsə, açıq qalan damar kiçik əməliyyatla bağlanaraq qanın keçməsinin qarşısı alınır.

Bunları bilmək vacibdir :

Cərrahi əməliyyat, sünnət, ağız boşluğunda aparılan qanlı prosedurlardan əvvəl endokarditdən(ürəyin daxili qişasının iltihabı)qorunmaq üçün müalicəyə ehtiyac olur. Xəstələrin vaxtaşırı həkim müayinəsindən keçmələri vacibdir

Did you find apk for android? You can find new Free Android Games and apps.
social position