Miokard (ürək əzələsinin) İnfarktı nədir?

tengnefeslik

Miokard (ürək əzələsinin) İnfarktı nədir?

Want create site? Find Free WordPress Themes and plugins.

Miokard (ürək əzələsinin) İnfarktı nədir?

İnfarkt hər hansı orqanın toxumalarına- bu ürək, beyin, qol, ayaq, böyrək və s. ola bilər- qan axımının hər hansı səbəbdən pozulmasıdır. Məsələn, baş beyin damarı tutulduqda beyin infarktı baş verir ki, bu da insult adlanır.
“Miokard infarktı” əslində ürəyin işemik xəstəliyinin təzahürlərindən biridir. Ürəyin işemik xəstəliyi bu gün səhiyyənin, tibbin inkişafına baxmayraq bütün dünyada ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birinci sıradıdar. Bu xəstəliyin əlamətləri müxtəlif cür olur. Bəzi xəstələrdə çox sadə, döş qəfəsi ağrısı şəklində olur. Onu da qeyd edək ki, ürək ağrısı çox vaxt sağda və ya solda, sol döşün üstündə olan sancışəkilli, batıcı ağrı deyil. Klassik, tipik ürək ağrısı döş qəfəsinin ortasında, sinə (döş) sümüyünün arxasında göynədici, yandırıcı, sıxıcı tərzdə olan ağrıdır. Lakin, bu ağrılar şəkər xəstələrində və yaşlılarda özünü təngnəfəslik şəkilində biruzə verir. Tutma şəklində ağrılar, ağrıların sol qola, sol kürək və boyun nahiyəsinə yayılması, eləcə də soyuq tərləmə, bəzən ürəkbulanma və qusma kimi hallar da ürək xəstəliklərinin simptomları sayılır. Bu baxımdan ürək xəstəlikləri bir çox hallarda başqa xəstəliklərlə səhv salınır.
Döş inağı (stenokardiya), buna infarktönü vəziyyət də deyilir, əlamətləri adətən fiziki gərginlik zamanı əmələ gəlir və ya artır, xəstəni hərəkətini dayandırmağa məcbur edir. Ağrılar yoxuş qalxarkən, soyuq havada, toxqarına daha tez əmələ gəlir. Adətən dilaltı “nitroqliserin” qəbulundan keçir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
social position