Kardioloji xəstəliklərin diaqnostikası

kardioloji-xesteliklerin-diaqnostikasi

Kardioloji xəstəliklərin diaqnostikası

Want create site? Find Free WordPress Themes and plugins.

Döş qəfəsində-ürək nahiyyəsində ağrılarma müşayiət olunan altmışadək xəstəlik mövcuddur. Bu baxımdan ağrıların ürək mənşəli olub olmamasını dəqiqləşdirmək bir çox hallarda çətinlik törədir. Stenokardiyanın və miokard infakrktının atipik gedişatı mövcuddur ki bu zaman xəstəlik qarın nahiyyəsində ağrı, ürəkbulanma, qusma kimi əlamətlərlə müşayiət olunur. Bəzən ürək xəstəlikləri bayılma, əl barmaqlarında keyimə, diş və çənə ağrısı ilə özünü biruzə verir. Xəstəyə qida intoksikasiyası düşünülərək mədənin yuyulması bir çox hallarda qastraskopiya müayinəsi aparılır ki,  bu da ürək xəstəsinin həyatı üçün ciddi təhlükə törədir. Bu baxımdan ürək ağrısına şübhə olduğu zaman xəstəyə sakitlik və rahat pozisiya verilərək dərhal təcili yardım çağırılması şərtdir. Təcili yardım briqadası tərəfindən ağrıların mənşəyi dəqiqləşdirilməzsə xəstə ixtisaslaşdırılmış klinikaya müayinələri davam etdirmək məqsədilə transfer olunmalıdır. Klinikada ardıcıl aparılan ürək müayinələri əsasında (elektrokardioqramma, exokardioqramma, stress test, ürək fəaliyyətinin monitorizasiyası, qan analizləri) diaqnoz qoyularaq lazımi müalicə təyin edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
social position