Əməliyyatlar

Want create site? Find Free WordPress Themes and plugins.

ATU tədris cərrahiyyə klinikasının kardiologiya şöbəsi daha bir uğura imza atdı.

Cərrahiyyə Klinikasında növbəti dəfə   Sekundum ASD (Atrial Septal Defekt)-nin qapalı yolla müalicəsi uğurla həyata keçirilib.

Qeyd edək ki, məhz bu tip əməliyyatlar  ATU-nun Tədris Cərrahiyyə Klinikasında yerli mütəxəssislər tərəfindən aparılır.

Sekundum ASD (Atrial Septal Defekt) – Qulaqcıqlararası Çəpərin İkincili defekti uzun illər açıq ürək əməliyyatı yolu ilə müalicə olunub. İndi isə bu qüsurun təxminən 80%-i qapalı yolla- transkateter-damardan iynə ilə keçməklə müalicə edilir. Bu yolla müalicə edilən xəstələrdə heç bir kəsiyə ehtiyac olmur, əməliyyat sonrası isə hər hansı çapıq izi qalmır.

Bu dəfə  11 yaşlı  Gülüyə  sekundum tip atrial septal defektin perkutan üsulla bağlanılması əməliyyatını icra etdilər. Gülü anadangəlmə ürək qüsurundan əziyyət çəkirdi. Klinikaya müraciət edən 11 yaşlı xəstə üzərində ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri  Qalib  İmanov  və  pediatrik kardioloq  Elşən Rzayev  tərəfindən bu əməliyyat uğurla həyata keçirilib. Xəstədə qüsur kardioloji müayinələr zamanı aşkar olunub və bir sıra xəstəxanalarda olmasına baxmayaraq, sonda xəstənin valideynləri, ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Xəstədə əməliyyat uğurla başa çatıb və o, bir gecə xəstəxanada qaldıqdan sonra ertəsi gün evə buraxılıb.

Əməliyyatla bağlı hər hansı bir ağırlaşma hallarına rast gəlinməyib.

 


Did you find apk for android? You can find new Free Android Games and apps.